Kirayə verilir – Ağ Şəhərdə Premium 3 otaqlı mənzil | Dəniz mənzərəli
Ağ Şəhərin prestijli yaşayış komplekslərindən birində, Nizami Parkı və Neptun Market yaxınlığında yerləşən, 14-cü mərtəbədə, 120 m² sahəsi olan, 3 otaqlı, yeni təmirdən çıxmış premium mənzil kirayə verilir.
Mənzil tam təmirlidir və rahat yaşayış üçün lazım olan bütün mebel və məişət avadanlıqları ilə təmin olunub. Bütün əşyalar yenidir və yüksək keyfiyyətə malikdir.
Mənzilin üstünlükləri:
Geniş və işıqlı 3 otaq
120 m² yaşayış sahəsi
Möhtəşəm dəniz mənzərəsi
Yeni və keyfiyyətli təmir
Hər otaqda kondisioner
DemirDöküm kombi istilik sistemi
Brend məişət texnikası: soyuducu, qabyuyan, paltaryuyan, soba və digər avadanlıqlar
Əlavə qarderob otağı
Binanın üstünlükləri:
Ağ Şəhərin ən prestijli və gözəl premium binalarından biri
24/7 mühafizə və təhlükəsizlik xidməti
Yanğın təhlükəsizliyi sistemi
Hər blokda 3 ədəd müasir və səssiz lift
Yüksək keyfiyyətli qapı və pəncərələr
2 mərtəbəli yeraltı qaraj
Geniş həyət və uşaq oyun meydançası
Sakinlər üçün müasir fitness zalı
Bina inkişaf etmiş infrastruktura malikdir. Şəhərin əsas istiqamətlərinə rahat çıxış, yaxınlıqda marketlər, restoranlar, parklar və gündəlik yaşayış üçün zəruri bütün obyektlər mövcuddur.
İstəyə uyğun olaraq əlavə ödəniş müqabilində qaraj da təqdim oluna bilər.
Əlavə məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.